Bakıda direktor və müəllim olmaq istəyənlər üçün təlimlərin növbəti mərhələsi başlayır


Digərləri 17 Okt 2018 14:13:00 195 0

Bakıda direktor və müəllim olmaq istəyənlər üçün təlimlərin növbəti mərhələsi başlayır

Bakıda direktor və müəllim olmaq istəyənlər üçün təlimlərin növbəti mərhələsi başlayır

Bakı. İlhamə İsabalayeva - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin üçüncü mərhələsinə başlanılır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.