Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub


Digərləri 17 Okt 2018 14:03:00 217 0

Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub

Lənkəran rayon sakini olan azyaşlını idarə etdiyi avtomobillə vurub hadisə yerini tərk etməkdə şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü İ.İsayev saxlanılıb

Bakı. Lənkəranda avtomobil yolu keçən azyaşlını vurub. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini – azyaşlı Mirəziz Camalzadə vurulub. Nəticədə azyaşlıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.