Dəmir yollarında qəzaların sayına görə Avropa İttifaqında lider


Dünya 17 Okt 2018 07:21:00 271 0

Dəmir yollarında qəzaların sayına görə Avropa İttifaqında lider

Çexiya Ali Nəzarət İdarəsinin (NKÚ) məlumatına görə, 2013-2017-ci illərdə bu ölkənin dəmir yollarında təhlükəsizliyin artırılmasına 2,6 milyard krondan (104 milyon avro) çox vəsait yatırılmasına baxmayaraq, həmin dövrdə qəzaların sayı azalmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya dəmir yolu nəqliyyatında qəzaların sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur, dəmir yollarında ölümlə nəticələnən qəzaların sayına görə isə Aİ ölkələrinin hamısını geridə qoyub.