Qalmaqallı videogörüntü inanılmaz faktları üzə çıxardı


Digərləri 16 Okt 2018 23:14:00 251 0

Qalmaqallı videogörüntü inanılmaz faktları üzə çıxardı

Qəbiristanlığın nəzarətçisi oğrunun köhnə yaşıl "Moskviç"də qəbiristanlığa gələrək onlarla metal xaçları ora necə yüklədiyini kamera ilə çəkib

Bakının Sabunçu rayonunun polisləri qəbirləri soyan şəxsləri saxlayıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları məlumat veriblər.

Bu cinayət nəticəsində zərərçəkmiş Anton Kuznetsovun vəkili Mürvət Əliyev bildirib ki, kütləvi vandalizm aktı Bakının Zabrat qəsəbəsindəki qəbiristanlıqda baş verib. Onun sözlərinə görə, sonuncu vandalizm aktı oktyabrın 13-də qeydə alınıb.

Anton Kuznetsov qəbiristanlığa anasının qəbrini ziyarət etməyə gəlib və görüb ki, orada xaç yoxdur. Sonra baxıb ki, heç digər qohumlarının qəbirlərinin üzərində də xaçlar yoxdur. Kuznetsov bununla bağlı qəbiristanlığın idarəçisinə müraciət edib. Məlum edib ki, o, hələ bu ilin avqustunda məzarları soyan adamı tutub.

Qəbiristanlığın nəzarətçisi oğrunun köhnə yaşıl "Moskviç"də qəbiristanlığa gələrək onlarla metal xaçları ora necə yüklədiyini kamera ilə çəkib. Onun oğrunu necə polis çağıracağı və cəzalandırılacağı ilə bağlı təhdid etdiyi də videoda açıq-aydın görünür.

"Sadəcə bir şikayət daxil olub. Həmin qəbiristanlıqda analoji hal 2014-cü ildə də qeydə alınıb. Bizim əlimizdə dörd epizod üzrə material var. Biz onlarla Sabunçu RPİ-yə müraciət etmişik. Hazırda orada həmin cinayətin təsnifləşdirilməsi prosesi gedir" - deyə Mürvət Əliyev bildirib.

Kuznetsovun nümayəndəsi hesab edir ki, bu faktla bağlı günahlandırılan şəxs AR Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir üzərində təhqiredici hərəkət) cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bununla yanaşı, o, əmindir ki, bu işlə bir nəfər yox, bir qrup adam məşğul olur.

Vəkilin sözlərinə görə, cinayət məsuliyyətinə bu adamlar cəlb edilməlidir: qəbirləri nişan verənlər, oğurlayanlar və oğurlanmış atributları metal qəbulu məntəqəsində qəbul edənlər.

Eyni zamanda o, əlavə edib ki, bu məlumatı heç bir halda xristian əlaliyə qarşı yönəlmiş etnik zəmində addım kimi qiymətləndirmək olmaz. Çünki müsəlman qəbirlərinin də oğurlandığına dair çoxsaylı faktlar mövcuddur.


Xəbərə aid fotolar