Bəniİsrail sözünün mənası nədir?


Digərləri 16 Okt 2018 23:15:00 290 0

Bəniİsrail sözünün mənası nədir?

Bəni-İsrail "İsrail oğulları" deməkdir. İsrail Həzrət Yəqub Peyğəmbərin (ə) ləqəbidir. Yəhudi mənbələrində guya Həzrət Yəqubun (ə) insan cildinə girmiş mələklə və ya hətta Allahın özü ilə güləşdiyi və onu məğlub etdiyi xəbər verilir. Buna görə, guya Allah ona "İsrail", yəni "Allaha qalib gələn" ləqəbini vermişdi. Halbuki, İslam mənbələrində bu rəvayət həqiqətdən uzaq sayılır və "İsrail" sözünün mənası "Allahın bəndəsi" kimi qeyd edilir. Həzrət Yəqubun (ə) 12 oğlu olmuşdur ki, bunların ən məşhurları Yusif Peyğəmbər (ə), Yəhuda, Şəmun, Laviy və Bunyamindir. Bu 12 oğulun övladları artıb-çoxalmış və onların nəslinə ümumi şəkildə "Bəni-İsrail" deyilmişdir.