Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi VİDEO


Digərləri 16 Okt 2018 21:17:00 302 0

Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi  VİDEO

Xəbər vediyimiz kimi, Azərbaycanın bölgələrindən Bakıya 2 tondan çox yararsız ətin gətirilməsinə görə Qida Təhlükəsizliyi Agentlyinin bir həkimi və digər beş nəfər saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Agentliyin sədri Qoşqar Təhməzli məsələyə münasibət bildirib.

''Xəzər Xəbər''in suallarını cavablandıran Qoşqar Təhməzli deyib ki, prokurorluq orqanları sözügedən faktla bağlı Agentliyi məlumatlandırıb.

Qoşqar Təhməzli bu kimi pozuntulara qarşı ictimai qınağın olmasını vacib sayıb. Onun sözlərinə görə, həm sahibkarlar, həm də cəmiyyətin digər üzvləri bu pozuntunu törədənlərin cəzalandırılması üçün Agentliklə birgə mübarizə apara bilərlər.