Zaqatalada çaqqal insanlara hücum edib VİDEO


Digərləri 16 Okt 2018 21:19:00 250 0

Zaqatalada çaqqal insanlara hücum edib  VİDEO

Zaqatalada çaqqal insanlara hücum edib. Həyətə soxulan yırtıcı, ev sahibinin üzərinə atılaraq ona xəsarət yetirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Zaqatalada Muğanlı kəndində baş verib. Səhər tezdən işə getmək istəyən kənd sakini Çingiz Əhmədov darvazasında çaqqalla qarşılaşıb. Həyətə soxulan yırtıcı ilə Çingiz Əhmədov sözün əsl mənasında əlbəyaxa olub.

Bu zaman çaqqal onun sol əlinin barmağını, sağ qolunu əli ilə birgə çeynəyib və sol dizini dişləyib. Özünü çətinliklə yırtıcının əlindən qurtaran ev sahibi çaqqalı həyətdən qova bilib. Bundan sonra o, xəstəxanaya müraciət edib.