Əsəd İŞİDin hücumuna şərait yaradıb


Dünya 16 Okt 2018 20:42:00 199 0

Əsəd İŞİDin hücumuna şərait yaradıb

Əsəd rejimi İŞİD terror qruplaşmasının Suriyanın Süveyda mahalında 25 iyulda təşkil etdiyi hücuma şərait yaradıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı hesabat hazırlayıb.

Hesabatda hadisə şahidləri və yaxınlarını itirən bəzi şəxslərin ifadələrinə yer verilib. Bundan əlavə hesabatda may ayında rejim və İŞİD arasında əldə olunan razılıq əsasında 1200 terrorçunun paytaxt Dəməşqdəki Yermuk düşərgəsindən Süveydanın şərqindəki əraziyə getdiyi və rejim qüvvələrinin bölgədəki hərbi nöqtələri boşaldaraq İŞİD-ə şərait yaratdığı bildirilib.