Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq


Digərləri 16 Okt 2018 20:44:00 282 0

Azərbaycanda dəbdəbəli qəbirlər olmayacaq

Azərbaycan Nazirlər Kabineti bu gün ölkədə dini mərasimlərin yeni qaydalarını müzakirə edib. Yeni qanuna əsasən, dəbdəbəli qəbirlər və ehsan verilərkən israfçılıq etmək (dəfn mərasimi zamanı verilən yeməyi - red.) qadağan olunacaq.

Son.az bildirir ki, bu fikirləri oxu.az-a açıqlamasında "Məşədi Dadaş" məscidinin imamı, din xadimi Hacı Şahin Həsənli deyib. 

Onun sözlərinə görə, Azərbaycanda uzun müddət qonşularla bərabərləşmə tendensiyası müşahidə olunurdu:

"Baxın, qonşularımız yas mərasimi necə möhtəşəm keçirdilər, biz də geri qalmamalıyıq..."