Sarı tor vətəndaşları "cəhənnəm əzabından" qurtaracaq, yoxsa "tora salacaq"?


Digərləri 16 Okt 2018 20:46:00 242 0

Sarı tor vətəndaşları "cəhənnəm əzabından" qurtaracaq, yoxsa "tora salacaq"?

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni səlahiyyət əldə etdikdən sonra nəqliyyat sferasında bir sıra yeniliklər etməyə başlayıb. Bu yeniliklərdən biri də şəhərdə tıxacların qarşısının alınması məqsədilə edilib.

Belə ki, bir neçə yolayrıcında sarı torlar çəkilib ki, tıxac olduqda sürücülər qarşı yoldan gələn avtomobillərin hərəkətlərinə maneə törətməmək üçün yolayrıcına daxil olmasın. Tıxac zamanı sarı tora daxil olanlar sürücüləri isə 60 manat 3 bal məbləğində cərimə gözləyir.

Maraqlıdır, bu barədə şəhər sakinləri necə düşünürlər? Həqiqətən də BNA-nın bu yeniliyi tıxacların qarşısını almağa təsir edəcəkmi?

Son.az bildirir ki, Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib

Sorğuda iştirak edənlərin cavabları birmənalı olmayıb. Bəziləri sarı torun effektiv olacağını hesab etsə də, əksini düşünənlər də var. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Könül Knyazova: "Tıxacın qarşısı alınmayacaq. Tıxacın qarşısını almaq uçün yol kənarlarına saatlarla park edilmiş maşınları, boş-bekar dayanmış taksiləri yığışdırmaq lazımdır".

Zəhra Banu: "Bəli, bu yenilik tıxacların qarşısını alacaq. Öncə sual yaranır: Bu tıxacı, əsasən kimlər yaradır? Təbii ki, öz sırasını gözləməyən sürücülər. İndi bu tor onlara imkan verməyəcək".