Bank VTB (Azərbaycan) təmassız kartların buraxılışına başlayıb


Digərləri 16 Okt 2018 20:46:48 258 0

Bank VTB (Azərbaycan) təmassız kartların buraxılışına başlayıb

Bank VTB (Azərbaycan) plastik kart istifadəçiləri üçün təmassız ödəniş texnologiyasını tətbiq edir.

Bakı. Bank VTB (Azərbaycan) plastik kart istifadəçiləri üçün təmassız ödəniş texnologiyasını tətbiq edir. Bankdan Trend-ə verilən məlumata görə, nağdsız əməliyyatı həyata keçirmək üçün təmassız ödəniş texnologiyasını dəstəkləyən terminala kartı yaxınlaşdırmaq kifayətdir. VTB (Azərbaycan) kartlarının bu funksionalı tranzaksiyanı qısa müddət ərzində həyata keçirməyə imkan verir və 20 manat məbləğinədək olan əməliyyatlar zamanı PİN-kod daxil etmək tələb edilmir.