Azərbaycan əhalisinin banklarda əmanəti 8 milyard manatı ötüb


Digərləri 16 Okt 2018 20:05:19 222 0

Azərbaycan əhalisinin banklarda əmanəti 8 milyard manatı ötüb

2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8 milyard 020,8 milyon manat təşkil edib.

Bakı. Elçin Mehdiyev - 2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8 milyard 020,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb. 2018-ci il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 306,5 milyon manat təşkil edib.