Bakıda adam bıçaqlayan mühafizəçiyə hökm oxundu


Digərləri 16 Okt 2018 19:24:00 278 0

Bakıda adam bıçaqlayan mühafizəçiyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Muraz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Muraz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Muraz Məmmədov Bakıda "Leo disko" gecə klubunda Hüseyn Hüseynovla mübahisə edib.