Türkiyəli aktrisa Kannda bütün diqqətləri üzərinə çəkdi


Digərləri 16 Okt 2018 19:00:00 311 0

Türkiyəli aktrisa Kannda bütün diqqətləri üzərinə çəkdi

"Gümüş" serialından tanıdığımız 39 yaşlı aktrisa Söngül Öden qüsursuz bədəni və sinə dekolteli ilə göz qamaşdırıb.

Son.az publika-ya istinadən xəbər verir ki, Söngül Öden "Hayat Gibi" serialındakı tərəf müqabili Birkan Sokullu ilə Kanna gedib. Aktyorlar Kannda keçirilən serial, film və digər TV layihələri sərgisində iştirak edib.

Songül Öden gecə üçün türkiyəli dizayner Dilek Hanifdən dərin sinə dekolteli uzun libas seçib. O, libası ilə bütün diqqətləri üzərinə çəkə bilib. Saçını sıx toppuz yığan ulduz obrazını antik boyunbağı ilə tamamlayıb.