Dnepr şəhərində Müslüm Maqomayev adına Park və Mədəniyyət Mərkəzi inşa ediləcək (FOTO)


Digərləri 16 Okt 2018 18:36:00 229 0

Dnepr şəhərində Müslüm Maqomayev adına Park və Mədəniyyət Mərkəzi inşa ediləcək (FOTO)

Tikinti işlərinə yaxın aylarda başlanması nəzərdə tutulur.

Bakı. Ukraynanın Dnepr şəhərinin mərkəzi hissəsində - “Fəhlə” prospektində ərazisi 4 hektar olan yaşıllıq sahəsində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına Park və Azərbaycan Mədəniyyət Mərkəzi inşa ediləcək. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.