Badamdarda son durum: "Kupça"mız var, evlərimizi qoyub çıxmaq fikrimiz yoxdur"


Digərləri 16 Okt 2018 17:48:00 249 0

Badamdarda son durum: "Kupça"mız var, evlərimizi qoyub çıxmaq fikrimiz yoxdur"

Badamdar sürüşmə zonasında tədqiqatlar davam edir, hər gün müxtəlif vaxtlarda müvafiq dövlət qurumlarının əməkdaşları əraziyə baxış keçirir.

Son.az xəbər verir ki, report-un əməkdaşları ərazidəki vəziyyətlə tanış olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Fövqəladə Hallar Nazirliyi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları növbə ilə ərazini müşahidə edirlər. ETSN ərazidə Qərargah yaradıb. Sürüşmə zonasında yeraltı suların səviyyəsini aşağı endirmək üçün beş drenaj quyusunun qazılması nəzərdə tutulub, onun üçünün qazılmasına artıq başlanılıb.

Dövlət qurumlarının rəsmi qaydada etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi sakinlər evlərində olduqlarını və çıxmaq fikirlərinin olmadıqlarını deyirlər. Sakinlər bildirib ki, mənzillərinin işığını, suyunu, qazını kəsiblər: "Bizim evlərimizə heç bir təhlükə yoxdur, təhlükə evlərin aşağı hissəsindədir. Badamdarın 13-cü massivinin son 20-25 ildir kanalizasiya sistemi yoxdur.