Azərbaycan Beynəlxalq Bankı BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib


Digərləri 16 Okt 2018 15:50:00 273 0

Azərbaycan Beynəlxalq Bankı BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib

12-14 oktyabr 2018-ci ildə İndoneziyanın Bali adasındakı Nusa Dua bölgəsində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı qrupunun illik yığıncağı təşkil edilib. Yığıncaqda Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub. 

Dünyanın aparıcı maliyyə qurumlarından, özəl sektordan, qeyri-hökumət təşkilatlarından, beynəlxalq akademik çevrələrdən nümayəndələrin qatıldığı yığıncaqda qlobal maliyyə sistemindəki duruma, dünyanın iqtisadi mənzərəsinə diqqət yönəlib. Sosial-iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması,  qlobal ticarət, insan kapitalı, maliyyə-vergi sahəsində rəqəmsal həllər və s. bu kimi məsələlər müzakirə edilib. Birgə effektiv fəaliyyət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.