Baş anestezioloq: "Azərbaycanda xaricdən anestezioloqun dəvətinə ehtiyac duyulmur"


Digərləri 16 Okt 2018 15:06:00 254 0

Baş anestezioloq: "Azərbaycanda xaricdən anestezioloqun dəvətinə ehtiyac duyulmur"

"Hazırda Azərbaycanda ən mürəkkəb əməliyyatların həyata keçirilməsi məqsədi ilə anesteziya dünya standartları səviyyəsində təşkil olunur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş anestezioloq-reanimatoloqu, tibb üzrə fəlsəfə doktoru Aydın Qədirov deyib.

Onun sözlərinə görə, bu gün respublikanın böyük şəhərləri ilə yanaşı, regionlarda da, habelə ən ucqar ərazilərdə də yüksək səviyyədə maddi-texniki bazaya malik xəstəxanalar tikilərək, lazımi aparat və cihazlarla, dərman preparatları ilə təchiz edilib:

"Xəstəxanaların hər birində bir və ya bir necə əməliyyat otaqları quraşdırılıb. Hətta rayon xəstəxanalarında ən ciddi əməliyyatların aparılması üçün müxtəlif üsulla anesteziyaların tətbiqinə şərait yaradılıb. Müasir dövrdə əsas məsələlərdən biri də kadr potensialının yaradılması və onların peşəkarlıq səviyyəsinin daim yüksəldilməsidir. Hazırda bu sahədə öz vəzifəsinin icrasında yüksək peşəkarlıq nümayiş etdirən böyük anestezioloq-reanimatoloq ordusu formalaşıb".