İnsanları düşündürən videoçarx yayıldı


Digərləri 16 Okt 2018 14:48:00 245 0

İnsanları düşündürən videoçarx yayıldı

Ümumdünya Qida Günü ilə əlaqədar maarifləndirici videoçarx yayılıb.

Son.az xəbər verir ki, 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti qurumlarla birgə bir sıra layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Agentlik vətəndaşların Ümumdünya Qida Günü və qida təhlükəsizliyi ilə bağlı daha geniş anlayışının olması və onların məlumatlandırılması məqsədi ilə videoçarx hazırlayıb. Son.az həmin videoçarxı təqdim edir:

Qeyd edək ki, bu gün - 16 oktyabr Ümumdünya Qida Günü kimi qeyd edilir. 16 oktyabr 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO təsis olunub. Bu il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün Ümumdünya Qida Gününün şüarını "Sıfır aclıq" ("Zero Hunger") olaraq müəyyən edib. Təşkilat hesab edir ki, dünya sakinləri öz səylərini birləşdirsə, 2030-cu ilə qədər aclığı tamamilə aradan qaldırmaq mümkündür.