Bakıda gecə küçədən körpə qız tapılıb


Digərləri 16 Okt 2018 12:40:23 292 0

Bakıda gecə küçədən körpə qız tapılıb

Bakıda gecə saatlarında küçə itləri tərəfindən parçalanma təhlükəsiylə üz-üzə qalan körpə qız uşağı tapılıb. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib. 

Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib. 

Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə olduğu və qaraçı ailəsinə məxsus olduğu bəlli olub. 

Özünü nənəsi kimi təqdim edən qadın, Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində olduğu deyib. 


Xəbərə aid fotolar