ADRA tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirəcək (FOTO)


Digərləri 16 Okt 2018 12:42:00 250 0

ADRA tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirəcək (FOTO)

Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirəcək.

Bakı. Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirəcək. Agentlikdən Trend-ə verilən məlumata görə, ilk növbədə sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunacaq. Sistem Agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır. Bu sahibkarlara qeydiyyat müqavilələrini və ödənişlərini görmək və onları vaxt itirmədən yeniləmək imkanı verir. Nümayiş olunacaq digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə Agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir.