"Həmin tikili də uçacaq..." FOTO


Digərləri 16 Okt 2018 11:38:30 242 0

"Həmin tikili də uçacaq..."  FOTO

Hazırda ərazidə stabil gərginlik davam edir və sürüşmənin təsir dairəsi artıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov deyib.

O qeyd edib ki, mütəxəssislərimiz növbəli şəkildə bütün gün boyu müşahidələrini davam etdirir:

"Dünən axşam tərəfi saat 5 radələrində sürüşmənin qarşı hissəsində olan fərdi evlərdən birinin hasarında uçqun tipli sürüşmə baş verib. Onun bir hissəsi asılı vəziyyətdə qalmışdı. Gecə saatlarında da həmin hissə uçub. İndi ona bitişik içəri hissədə yarımtikili var. Səhər saatlarında müşahidə etmişik. Alt hissəsində uçqunlar baş verir və çox güman ki, həmin tikili də uçacaq. 

Həyət evlərində quraşdırdığımız çatlar üzərindəki mayaklarda stabillikdir. Bir fərq hiss olunmur. 

Hələ ki, evlərin uçmasından söhbət getmir, hasarlar uça bilər. Gərginlik tam azad olmalıdır ki, relyefdə stabillik əmələ gəlsin. Torpaq qatları asılı vəziyyətdədir. Onlar hamısı uçub relyef öz vəziyyətini almalıdır ki, sürüşmə kütləsinin üzərində hər hansı bir geoloji tədqiqatlar aparılsın. Yoxsa hazırda oraya getmək olmaz".

Nazirlər Kabinetinin Fövqəladə Hallar Komissiyasının sədr müavini Şahin Salahov bildirib ki, sürüşmə hələ evlərə yaxınlaşmayıb: "Yapon mütəxəssislər araşdırma aparır, tədqiqat başa çatandan sonra rəy veriləcək. Sürüşmə aktivdir, asılı qalmış hissələr uçub tökülür".

Yapon mütəxəssislər isə bildiriblər ki, hazırda tədqiqat aparılır və proses bitməmiş heç bir açıqlama verməyəcəklər.