Tovuzda dəhşətli qəza:


Digərləri 16 Okt 2018 11:11:42 180 0

Tovuzda dəhşətli qəza:

Tovuz rayonu ərazisində "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində "VAZ 2104" və VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində rayonun Əlibəyli kəd sakini, 1991-ci il təvəllüdlü Quliyev Vüsal Vəli oğlu, "Semzavod" qəsəbə sakini, 1990-cı il təvəllüdlü Böyükkişiyev Seymur Nəriman oğlu, Tovuz şəhəri, Xətai küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Fətdayeva Leyla Hikmət qızı və 1958-ci il təvəllüdlü Əliyeva Kifayət Məmməd qızı, Yuxarı Öysüzlü kənd sakini, 1987-ci il təvllüdlü Məmmədov Elvin Fazil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.