Azərbaycana narkotik keçirən İran vətəndaşları saxlanıldı FOTO


Digərləri 16 Okt 2018 10:11:00 239 0

Azərbaycana narkotik keçirən İran vətəndaşları saxlanıldı  FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-dən Son.az-a verilən məlumata görə, 2018-ci ilin 10 oktyabr tarixində saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazi­sindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respub­likasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.

Hərbi qulluqçular tərəfindən sərhəd pozucuları saxlanılaraq sər­həd zastavasına gətirilib, onların üzərinə baxış keçirilərkən 1 ədəd qara rəngli əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kq tiryək aşkar edilib.


Xəbərə aid fotolar