“Bozbash”dan ayrılan “Ağsaqqal”: “Bütün günü cavan qızlarla bir yerdədir”


Şou-biznes 16 Okt 2018 10:15:00 300 0

“Bozbash”dan ayrılan “Ağsaqqal”: “Bütün günü cavan qızlarla bir yerdədir”

"Bozbash pictures"in yeni layihəsində aktyor Azər Baxşəliyevin olmaması söz-söhbətlərə rəvac verib. "Bozbash pictures"in "Ağsaqqal"ı kimi tanınan Azərin komandadan birdəfəlik ayrıldığı deyilir.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən A.Baxşəliyev ayrılmadıqlarını, sadəcə, birillik fasilə verdiklərini bildirib.

"Ən yaxın dostlar arasında da söz-söhbət olur, amma biz ayrılmamışıq. Verilişi birillik dayandırdıq. İstəyirik, insanlar bizim üçün darıxsın, arzulasın, yolumuzu gözləsin. Nicatla İlkin Misgərli və İlkin Həsəni yeni layihə təqdim edəcək, mart ayında da filmimizin nümayişi olacaq".