Yohannes Han: "Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər


Digərləri 16 Okt 2018 10:08:43 262 0

Yohannes Han: "Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər

"Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər.

Bakı. Avropa İttifaqının (Aİ) və "Şərq tərəfdaşlığı" proqramı ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) növbəti sammiti 2020-ci ildə keçirilə bilər. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Lüksemburqda Aİ-nin 6 ölkənin xarici işlər nazirləri ilə görüşünü şərh edərkən deyib. Y.Han qeyd edib ki, sammit böyük ehtimalla 2020-ci ildə keçiriləcək: "Lakin biz bu məsələni hələ müzakirə edəcəyik". Ai diplomatiyasının rəhbəri Federika Mogerini isə bildirib ki, gələn il Aİ və "Şərq tərəfdaşlığı" ölkələri Brüsseldə proqramın 10 illiyini qeyd edəcəklər: "Bu, sadiqliyimizi təsdiq etmək və 2019-cu ildə 10 illiyə hazırlaşmaq, həmçinin “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədinin reallaşdırılmasına yekun vurmaq üçün yaxşı imkandır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin