Bu katerlərdə mina əleyhinə robotlar var


Digərləri 16 Okt 2018 08:05:00 258 0

Bu katerlərdə mina əleyhinə robotlar var

Fransalı mühəndislər avtonom sualtı robotlarla təchiz edilən mina əleyhinə katerlər ailəsi yaradıblar. "Octopoda" layihəsi çərçivəsində yaradılan katerlər barədə "MAURIC" və "ECA Group" şirkətlərinin rəsmi nümayəndələri məlumat veriblər.  

Son.az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, katerlərin hazırlanması 2016-cı ildən aparılır. "Octopoda" mina əleyhinə katerlərin başlıca fərqləndirici cəhəti gəmilər üçün risk etmədən dəniz minalarını zərərsizləşdirməyə imkan verən avtonom sualtı aparatlardır.

Mütəxəssislər qeyd edir ki, mina əleyhinə gəmilər mina maneələrinin zərərsizləşdirilməsi üzrə işlər yerinə yetirən zaman təhlükə zonasında olurlar - mina əleyhinə gəmilərin korpusları xüsusi qeyri-maqnit materiallardan hazırlanır, lakin bu, gəmi ekipajlarının işinin təhlükəsizliyinə təminat vermir. Minaların zərərsizləşdirilməsi ilə robotlar məşğul olanda isə vəziyyət müəyyən dərəcədə dəyişəcək.