Qadının şalvar geyməsi şəriətdə icazəlidir yoxsa haramdır?


Digərləri 16 Okt 2018 07:22:00 261 0

Qadının şalvar geyməsi şəriətdə icazəlidir yoxsa haramdır?

Şəriətdə qadının geyimi üçün müəyyən vacib şərtlər nəzərdə tutulub. Qadının geyimi şəriətin icazə verdiyi üzvlər istisna olmaqla bütün bədəni örtməli, bədənin cizgilərini göstərəcək dərəcədə dar olmamalı, bədənin rəngi görünəcək dərəcədə şəffaf olmamalı, başqalarının nəzər-diqqətini cəlb edəcək qədər alabəzək və rəngarəng olmamalıdır. Bu şərtlər daxilində istənilən libasın geyilməsi şəriətə görə icazəlidir. Şalvar da əgər bu şərtlərə uyğun olarsa, geyilməsində maneə yoxdur. Təəssüf ki, bir çox hallarda qadınlar (qızlar) dar və cəlbedici şalvarlardan istifadə edirlər ki, dinimiz buna icazə vermir. Qadın şalvarın üstündən ən azı dizinə kimi bədənini örtən və yuxarıdakı şərtlərə cavab verən başqa libas geyinməlidir. Son.az