35 yaşlı kişi çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirildi, "həyətdə yıxılmışam" dedi


Digərləri 16 Okt 2018 07:01:56 208 0

35 yaşlı kişi çoxsaylı xəsarətlərlə xəstəxanaya gətirildi, "həyətdə yıxılmışam" dedi

Tovuz rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bakı. Samir Əli - Tovuz rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, hadisə rayonun Vaqif küçəsində baş verib. Həmin küçədə yaşayan, 1983-cü il təvəllüdlü Həmzəyev Samir Faiq oğlu, alın, çənə və burun nahiyəsinin əzilmiş çapılmış çoxsaylı yaraları ilə xəstəxanaya gətirilib.