Dünyanın ən DƏHŞƏTLİ ADASI: 7500 nəfərin yaşadığı məkanın İNANILMAZ ÜZÜ


Digərləri 15 Okt 2018 23:49:00 324 0

Dünyanın ən DƏHŞƏTLİ ADASI: 7500 nəfərin yaşadığı məkanın İNANILMAZ ÜZÜ

Yunanıstanın Lesbos adasında 7 min nəfərin qaldığı Moria Qaçqın düşərgəsi ölüm düşərgəsinə çevrilib.

Son.az xəbər verir ki, Sərhədsiz Həkimlər Təşkilatının sahə koordinatoru Luca Fontana bu düşərgənin xüsusən uşaqları intihara sövq etdiyini deyib.

"Bura həyatımda gördüyüm ən pis düşərgədir. Komandamız 6-18 yaş arası uşaqlar arasında zehni sağlamlıq testi aparıb. Məlum olub ki, uşaqların ¼-i özünə zərər verir və intiharı düşünür. Onlardan 78-i intihara təşəbbüs edib. Bu düşərgənin tezliklə bağlanması mütləqdir", - deyə o bildirib.

L.Fontana onu da vurğulayıb ki, düşərgədə heç bir xidmət sahəsi normal deyil: "Burada 2 mindən çox uşaq var, amma heç biri təhsil almır. Düşərgədə kifayət qədər məktəb, həkim, xidmət və mühafizə yoxdur. Hər şey qarışıq və yarımçıqdır. Çətin vəziyyətdə yaşadıqlarına görə valideynlər uşaqları ilə məşğul ola bilmir. Dul qadınlar üçün vəziyyət daha çətindir. Bəzən uşaqlara verməyə yemək tapmırlar".