Məşhur professordan SƏRT SÖZLƏR: "Bunu etməyin, hamımızın gələcəyi..."


Digərləri 15 Okt 2018 23:21:00 292 0

Məşhur professordan SƏRT SÖZLƏR: "Bunu etməyin, hamımızın gələcəyi..."

Daxili Xəstəliklər üzrə mütəxəssisi, məşhur professor Canan Karatay zeytun və zeytun ağacı haqqında mühüm açıqlamar verib.

Son.az xəbər verir ki, Canan Karatay zeytun yağının insan sağlamlığı üçün çox faydalı məhsul olduğunu bildirib:

"Sağlamlığımızı qorumaq məcburiyyətindəyik. Bütün qurumları heç bir fərq qoymadan, zeytunu və kənd təsərrüfatını dəstəkləməyə çağırıram. Bina tikməyin, beton ağacları əkməyin, zeytun ağacları əkin.

Hamımızın, uşaqlarımızın və nəvələrimizin gələcəyi zeytun və zeytun yağından asılıdır. Bütün dünya buna investisiya qoyur. Avtomobil investisiya əhəmiyyətli deyil. Yolların təmiri önəmli deyil. 9 mərtəbəli binaların, 50 mərtəbəli ticarət mərkəzlərinin tikilməsi önəmli deyil. Bu, mədəniyyət deyil. Mədəniyyət əkinçinin və kənd təsərrüfatının dəstəklənməsidir. Bir ölkə ancaq kənd təsərrüfatını yaşadarsa, ayaqda qalar. Əkinçi və kənd təsərrüfatını dəstəkləmək məcburiyyətindəyik. O zaman heç kim bizi əzə və bölə bilməz".


Xəbərə aid foto