Azərbaycanlı oriental rəqqasə Həccə gedir VİDEO MÜSAHİBƏ


Şou-biznes 15 Okt 2018 22:52:00 320 0

Azərbaycanlı oriental rəqqasə Həccə gedir  VİDEO  MÜSAHİBƏ

Oriental rəqqasə Aytən teleqraf.com-a müsahibə verib. Son.az həmin müsahibəni təqdim edir:

- İlk öncə yaradıcılığından başlayaq. Nə yeniliklər var?

- Desəm ki, yeni nəsə var, yalan olar. Heç bir şey yoxdur. Çünki başım o biri biznesimə qarışıb. Amma gələcəkdə yeni işlər görməyi düşünürəm.

- Hesab edirsən ki, hazırki vəziyyətdə yaradıcılığına pul qoymaq əlavə xərcdir...

- O da düzdür. Yeni nəsə etmək fikrim yoxdur. Əvvəlki kimi rəqqasələrə tələbat yoxdur. Büdcəmə əl vurmaq istəmirəm. Hansısa işi görmək istəyirsənsə, azı 10 min pul xərcləməlisən. İllər öncə 30 minə bir klip çəkdirdim. Onu hansı kanala verim? Yəni kliplərimizi yayımlayacaq kanalımız yoxdur. O üzdən klipə verəcəyim pul əlavə xərcdir.

- Son dövrlər rəqqasələrin sayı artıb. Amma 5-10 il öncə sayınız o qədər də çox deyildi...

- Mənə elə gəlir ki, tələbat olduğuna görə, rəqqasələrin sayı artıb. İndi hansı xınamız oriental rəqssiz keçir? Son 3 ildə elə bir şey olmayıb. İndi rəqqasə olmaq çox asandır.

- Amma rəqqasələrin ailə həyatı çətin olur. Çünki hər kişi rəqqasəni xanımı kimi qəbul etmir.

- Düzdür. Azərbaycanda belədir. Başqa ölkələrdə yox.

- Aytən zamanında bu çətinliklə rastlaşıbmı? Ya ailə, ya da sənət?

- Bu mənim həyatımda olub. 10 ildən artıq olar. Mən sənətimi seçdim, peşman da deyiləm. Çünki o insana dəyməzdi. İndiki yaşayışıma baxıram, düzgün addım atdığımı hiss edirəm. Bəlkə də sevdiyim insanla ailə qursaydım, sənətimi atardım. Amma sevmədiyim üçün ayrıldım. Atdığım addıma görə də peşman deyiləm. Düz eləmişəm.

- Necə oldu ki, sevmədiyin biri ilə ailə qurdun?

- Bu mənim keçmişimdir. Ailəmin razılığı ilə ailə qurmuşdum. Onda uşaq idim.

- Növbəti dəfə ailə qurmaq fikrin yoxdur?

Yox. Çünki istədiyim kimi bir insan qarşıma çıxmayıb. Çıxsa da, mən yola gedə bilərəm? Bunu fikirləşmək lazımdı. Mənə elə gəlir ki, hər kəs mənlə yola gedə bilməz.

Videonu izləmək üçün şəklə klikləyin: