Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib TƏFƏRRÜAT VİDEO


Digərləri 15 Okt 2018 23:05:00 293 0

Bakıda taksi sifarişi edən şəxs qəribə vəziyyətlə üzləşib  TƏFƏRRÜAT  VİDEO

Taksi sifarişi edən paytaxt sakini qəribə vəziyyətlə üzləşib.

Son.az bildirir ki, Raciv Nizamov adlı vətəndaş taksi xidməti göstərən şirkət tərəfindən aldadıldığını iddia edir. Məsələ ondadır ki, Nizami rayonu, Nəsimi küçəsi 32 ünvanından Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmək üçün şirkətlərdən biri ilə əlaqə saxlayır.

Vətəndaş istədiyi ünvana çatdıqdan sonra gediş haqqını ödəyərkən bir anlaşılmazlıq ortaya çıxıb. Vətəndaşdan baqaja qoyduğu yükə görə də ödəniş hesablanıb.

Raciv Nizamov şirkət tərəfindən sürücü və ona göndərilən gediş haqqı məbləğlərinin niyə fərqli göstərilməsini və daşıdığı yükə görə əlavə ödənişin niyə tələb olunmasını aydınlaşdırmaq istəyir.