Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub FOTO


Dünya 15 Okt 2018 22:31:00 251 0

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub  FOTO

Türkiyə polisi səudiyyəli jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı istintaq çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun binasına daxil olub.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə bazar ertəsi NTV telekanalı məlumat yayıb.

Bundan əvvəl sözügedən iş üzrə Türkiyə - Səudiyyə Ərəbistanı birgə işçi qrupu İstanbulun polis idarəsində ilk iclasını keçirib, daha sonra Səudiyyənin işçi qrupunun üzvləri konsulluğa daxil olub.


Xəbərə aid fotolar