Şəmkirdən Tovuza qonaq gedən 38 yaşlı qadın ağacdan yıxıldı


Digərləri 15 Okt 2018 22:14:00 250 0

Şəmkirdən Tovuza qonaq gedən 38 yaşlı qadın ağacdan yıxıldı

Tovuzda qadın ağacdan yıxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonundan Tovuza qonaq gələn 1980-ci il təvəllüdlü Mirzəyeva Aygün Cavad qızı qonaq gəldiyi evin həyətində meyvə yığmaq üçün ağaca çıxıb. Qadın ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.