Dubay çimərliklərinə "dronxilasedici" nəzarət edəcək


Digərləri 15 Okt 2018 21:30:00 253 0

Dubay çimərliklərinə "dronxilasedici" nəzarət edəcək

Dubay bələdiyyəsi çimərlikdə insanların təhlükəsizliyinə nəzarəti təmin etmək məqsədilə "Flying Rescuer" adlı pilotsuz uçuş aparatı (PUA) yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dubay bələdiyyəsinin məlumatına görə, bu, dünyada həm funksiyalarına, həm də dizaynına görə ilk belə uçan aparatdır. O, 8 kiloqram yük qaldırmaqa qadirdir, həm radioidarəetmə, həm də avtopilot rejimində hərəkət edə və 30 dəqiqə batareyasını doldurmadan işləyə bilir. PUA, həmçinin yüksək hərarətə və nəmişliyə davamlıdır.