Obama cütlüyü teleulduz olacaq


Digərləri 15 Okt 2018 20:36:00 266 0

Obama cütlüyü teleulduz olacaq

ABŞ-ın 44-cü prezidenti Barak Obama və xanımı Mişel "Netflix" ilə may ayında müqavilə imzalayıb.

Son.az ölkə.Az-a istinadən xəbər verir ki, Obama cütlüyünün teleaparıcı olacağı barədə iddialardan sonra şirkət açıqlama verib.

"Netflix" rəsmisi Ted Sarandos bildirib ki, cütlük yeni layihə üzərində işləyir və siyasi mövzunu əhatə etməyəcək:

"Obama cütlüyü prezidentliklə bağlı etdiyi işlər və bütün həyatları boyu əldə etdikləri təcrübəyə uyğun hekayəni anlatmaq üçün layihəyə başlayırlar. Cütlüyün hazırlayacağı layihələrin idman, həyat tərzi və qidalanma mövzularında olacaq".