Bilik Fondu Şirvan və Saatlıda psixoloji dəstəklə bağlı tədbirlər keçirib (FOTO)


Digərləri 15 Okt 2018 20:35:41 251 0

Bilik Fondu Şirvan və Saatlıda psixoloji dəstəklə bağlı tədbirlər keçirib (FOTO)

"İl boyu bilik" proqramı çərçivəsində Şirvan şəhərində və Saatlı rayonunda əhaliyə psixoloji dəstək mövzularında maarifləndirici tədbirlər keçirilib.

Bakı. Bilik Fondunun təşkilatçılığı ilə "İl boyu bilik" proqramı çərçivəsində Şirvan şəhərində və Saatlı rayonunda əhaliyə psixoloji dəstək mövzularında maarifləndirici tədbirlər keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, "Ailənin psixoloji mühiti və ona təsir göstərən amillər" mövzusunda Şirvan Gənclər Evində keçirilən tədbiri Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov açaraq, Bilik Fondu ilə birgə icra etdikləri layihələrdən söz açıb.