Günə 41 min qazanır


Digərləri 15 Okt 2018 19:08:00 273 0

Günə 41 min qazanır

Albom çıxarmayan, konsertlərdən, TV proqramlardan imtina edən ingilis müğənni Adele  sərvət qazanır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 30 yaşlı ifaçının son bir ildə əldə etdiyi gəlirlərin miqdarı açıqlanıb. Oğlu Angelo ilə vaxtını keçirən və ticarətə atılan müğənni bir günə 41 min sterlinq qazanır. 

Onun toplam sərvətinin 105 min sterlinq olduğu qeyd edilib. Bundan əlavə, Adelenin "Melted Stone Ltd" şirkəti keçən il 4,9 milyın sterlinqlik iş görərək 25,5 milyon dəyərində nəğd pulu kassasına qoyub. Adelenin payına düşən məbləğ isə 2,25 milyondur.