Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək


Digərləri 15 Okt 2018 17:08:00 276 0

Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək

"Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək. Artıq bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

F.Cəfərov bildirib ki, "ASAN viza" 2016-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb:

"İlkin dövrdə konsepsiya ondan ibarət idi ki, sadəcə xarici turistlər elektron portal üzərindən viza üçün müraciət edirlər və 3 iş günü ərzində onlara viza təqdim olunur. Daha sonra bu müddət 3 saata endirildi. 2018-ci ilin may ayının 15-dən etibarən isə artıq Azərbaycanın beynəlxalq hava limanlarında da viza terminalları vasitəsilə viza əldə etmək olar və 3 gün, 3 saat yox, 2 dəqiqədən aşağı bir müddətdə 15 ölkənin vətəndaşlarına viza verilir. Biz bu konsepsiyanı daha da inkişaf etdirirk və Azərbaycan vətəndaşlarının da xarici ölkələrə viza almaq prosesini asanlaşdırmaq istiqamətində iş aparırıq".

Mərkəz direktoru bildirib ki, bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə viza almaq üçün səfirliklərə getməlidirlər, pasportlarını və digər sənədləri təqdim etməlidirlər: