Azərbaycanlı aktrisanın çəkilişdə ürəyi getdi


Şou-biznes 15 Okt 2018 16:39:00 318 0

Azərbaycanlı aktrisanın çəkilişdə ürəyi getdi

Tanınmış aktirsa Zarina Qurbanovanın səhhətində problem yaranıb.

Son.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Könül yarası" serialının aktrisası Zarina Qurbanovanın çəkiliş zamanı ürəyi gedib.

Məsələ ilə bağlı aktrisa ilə əlaqə saxladıq, o, eplilepsiya xəstəsi bir obrazı canlandırdığı üçün gərginlik keçirdiyini bildirib: "Serialda epilepsiya xəstəliyi olan "Yağmur" obrazı canlandırıram. Ona görə çox çətin səhnələrim olur. Neçə vaxtdır ki, obrazıma görə çox gərgin idim, ona görə də çəkiliş zamanı birdən başım fırlandır, huşumu itirdim. Həkim baxdı, yüksək gərginliyə görə belə olmuşam. Hal-hazırda yaxşıyam, işimin başındayam", - deyib.


Xəbərə aid fotolar