Hacıbala Abutalıbov: Ötən gün Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib


Digərləri 15 Okt 2018 16:04:00 232 0

Hacıbala Abutalıbov: Ötən gün Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib

Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəəbəsindəki sürüşmə zonasına da təsir edib.

Bakı. Samir Əli - Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəəbəsindəki sürüşmə zonasına da təsir edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib. H.Abutalıbovun sözlərinə görə, mütəxəssislər bu qənaətə gəlib: "Ona görə də biz hərtərəfli işləyirik. Ərazini müşahidə edən dron quraşdırılıb. Sürüşmə zonasındakı vəziyyət hər an izlənilir. Ərazidə gərginlik artmayıb, amma azalmayıb da.