Badamdardakı sürüşmə zonasına yaxın evlərin hasarlarının birində uçqun olub


Digərləri 15 Okt 2018 15:34:00 244 0

Badamdardakı sürüşmə zonasına yaxın evlərin hasarlarının birində uçqun olub

Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.