Neftçalada içində xeyli pul olan maşın yandırılıb


Digərləri 15 Okt 2018 14:41:00 276 0

Neftçalada içində xeyli pul olan maşın yandırılıb

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan "KİA" markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN-dən Son.az-a verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.