Rabitəbank və Mastercard ilə sevindirəcək cashback!


Digərləri 15 Okt 2018 14:44:00 262 0

Rabitəbank və Mastercard ilə sevindirəcək cashback!

Rabitəbank öz Mastercard plastik kart sahiblərini sevindirməkdə davam edir.

Bakı. Rabitəbank öz Mastercard plastik kart sahiblərini sevindirməkdə davam edir. İndi Rabitəbankın AZN valyutalı Mastercard Platinum və Black Edition kartları ilə pos terminallar və internet vasitəsilə ölkə xaricində edilən nağdsız ödənişlər zamanı məbləğin 1%-i cashback olaraq müştərinin hesabına geri qayıdır. Rabitəbank Mastercard Standard, Mastercard Gold, Mastercard Platinum və Mastercard Black Edition Azərbaycandan kənardakı bütün fiziki və onlayn nağdsız əməliyyatlar zamanı konvertasiya faizlərini də tamamilə ləğv edərək 0%-ə endirib. Rabitəbank bu yeniliklə müştərilərin AZN valyutalı kartlarından digər valyutalara konvertasiya faizi ödəmədən əməliyyatlar edə bilməsini təmin edir. Yenilik sayəsində artıq müştərilər Azərbaycanda verilən AZN və ya digər valyutalı MasterCard Platinum və MasterCard Black Edition kartları ilə Türkiyənin məşhur alış-veriş platformalardan heç bir əlavə xərc olmadan ödənişlərini həyata keçirə biləcəklər, bundan əlavə, ödənişin 1%-ni cashback olaraq kart hesablarına geri alacaqlar.