Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin"


Digərləri 15 Okt 2018 12:58:00 310 0

Keçiddə əziyyət çəkənlərə rəsmi cavab: "Gözləyin ehtiyat hissələri gəlsin"

Ölkədə yeraltı piyada keçidləri ilə bağlı problem hələ də tam olaraq həllini tapmayıb. Onlarıbn sayı kifayət qədər çox olsa da onlar ya tam şəkildə təchiz olunmayıb, ya da bir sıra problemləri dəyişilməz olaraq qalır.

Son.az xəbər verir ki, Bakının Azneft meydanında piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddə də eyni hal müşahidə olunur. Keçidin Dənizkənarı Bulvar ərazisinə çıxış istiqamətində olan hissəsində eskalatorlar bir neçə aydır işləmir.

Bu da günün müxtəlif saatlarında keçiddən istifadə edən insanlar üçün çətinlik yaradır. Xüsusilə yaşlı insanlar bu haldan haqlı olaraq narazılıq edirlər. Onların əksəriyyəti müəyyən xəstəlikləri səbəbindən pilləkənlərdən istifadənin olduqca çətin olduğunu deyirlər. Vaxtlarının çoxunu keçidlərdə itirdiklərindən və istirahət üçün bulvar ərazisinə keçə bilməməkdən şikayətlənirlər. Burada pilləkənlərin çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, nəinki yaşlılar, hətta uşaqlar da keçiddən istifadə zamanı əməlli-başlı əziyyət çəkirlər. 

Bəs bir neçə aydır "iflic" vəziyyətdə olan eskalatorların həlli ilə bağlı aidiyyəti dövlət qurumları hansı tədbirləri görür? Ümumiyyətlə, keçidlərdəki problemdən xəbərləri varmı?

Bununla bağlı saytımıza açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, paytaxtda təkcə Azneft meydanında yerləşən keçiddəki eskalatorlar deyil, digər keçidlərdəki bir sira eskalatorlarda da nasazlıq var və ya onlar tamamilə sıradan çıxıb: 


Xəbərə aid fotolar