İrandan İraqa qanunsuz yanacaq daşınmasının qarşısı alınıb


Dünya 15 Okt 2018 12:11:00 296 0

İrandan İraqa qanunsuz yanacaq daşınmasının qarşısı alınıb

İranın Pərvizxan gömrük keçidinin əməkdaşları ötən bir neçə gün ərzində qanunsuz şəkildə 265 min litrdən çox yanacağı gömrükdən keçirməyə cəhd edən İraq yük maşınlarını saxlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, Kirmanşah Gömrük İdarəsinin baş direktoru Xəlil Heydəri bildirib ki, yük maşınları İraqa məxsus olub. Sürücülər yanacaq qablarını yük maşınlarında gizlədiblərmiş.