Azərbaycan sərhədçilərini görüb əlindəkini atıb İrana qaçdı


Digərləri 15 Okt 2018 11:12:00 272 0

Azərbaycan sərhədçilərini görüb əlindəkini atıb İrana qaçdı

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, 11 oktyabr tarixində saat 23:50 radələrində DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində, Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhədçilərin "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.


Xəbərə aid fotolar