Sərhəd pozucusunda 10 kq-dan artıq narkotik vasitə və 5 mindən çox psixotrop dərman aşkarlanıb (FOTO)


Digərləri 15 Okt 2018 09:59:00 237 0

Sərhəd pozucusunda 10 kq-dan artıq narkotik vasitə və 5 mindən çox psixotrop dərman aşkarlanıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən eti­barlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitə­lərin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən eti­barlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitə­lərin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir. DSX-dən Trend-ə verilən məlumata görə, hadisə 11 oktyabr tarixində DSX Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki sərhəd zas­tavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfərin naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfin­dən aşkar edilib.