Sosial media asılılığı Narkotikadan
Digərləri 14 Okt 2018 22:55:00 285 0
Facebook, Snapchat, Instagram...Əgər sosial media olmadan yaşaya bilmirsinizsə, deməli onda psixoloji problemləriniz başlayıb.
Son.az BBC-ə istinadən bildirir ki, əgər iş saatlarında Facebooka girməkdən özünüzü saxlaya bilmirsinizsə və ya telefonunuz səssizdə olarkən ona nəynsə gəlib-gəlmədiyini araşdırmaq üçün tez-tez ona əl atırsınızsa deməli problem var. Son illərdə telefonsuz yaşaya bilməyənlər mütəxəssislərdən kömək almağa başlayıblar.
Avropada bu psixoloji terapiyaların saatı 150 dollardı. Daha ciddi vəziyyətdə olanlar isə artıq müalicəni ciddiləşdiriblər. Media psixoloqu Pamele Rutledc bildirib ki, insanlar ağıllı telefonları sadəcə olaraq satın alırlar, onunla davranmağı isə çoxları bilmir. Tibb aləmi bu cür asılılığı xəstəlik olaraq tanımır. Həkimlər isə bu cür asılılığı digər asılılıqlar kimi müalicə etməyə çalışırlar.